Baş verənlər bir daha sadə nəticəyə gətirib çıxarır: Ermənistan sülhə hazır deyil

2022/09/_1239-1664446729.jpg
Oxunub: 833     19:11     29 Sentyabr 2022    
Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan cavab tədbirləri görüb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, 3 hərbçi məhv edilib.

Ermənistanın təxribatının növbəti epizodundan əvvəl Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla arasında görüş baş tutub.

Bundan əlavə, sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri ilə Türkiyənin xarici işlər naziri, o cümlədən Azərbaycanın xarici işlər naziri və Rusiya Federasiyasının xarici işlər naziri arasında telefon danışıqları baş tutub.

Bu üçbucağın hansı küncündə Ermənistanın növbəti təxribatının məsuliyyəti var. Bunu demək çox çətindir, bəlkə bir yox, iki küncdə, bəlkə də hər üç küncdə var. Kimdəsə Ermənistana qarşı növbəti təxribata-aqressiyaya təkan vermək motivi tapmaq olar. Bu mənada baş verənlər bəlkə də bir daha sadə bir nəticəyə gətirib çıxarır: Ermənistan sülhə hazır deyil.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sülh  


Bizi "telegram"da izləyin