Ermənistan müdafiə nazirinin müşavirinin oğlunun cinayət işi prokurorluğa göndərilib

2022/09/7-1664446508.jpg
Oxunub: 357     15:25     29 Sentyabr 2022    
1,5 ildən sonra Ermənistanın istintaq orqanı ölkənin müdafiə nazirinin müşaviri, keçmiş müdafiə naziri Melikset Poğosyanın oğlunun cinayət işi üzrə məhkəmə prosesini sona çatdırmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Bildirilir ki, cinayət işi üzrə ibtidai istintaq elan edilib və iş təsdiq edilərək məhkəməyə göndərilməsi üçün Ermənistan Baş Prokurorluğuna göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl Poğosyanın oğlu və Zəngəzurun keçmiş vilayət rəhbəri Surik Xaçatryanın yaxın qohumları arsında atışma olub. Atışma zamanı Melikset Poğosyanın oğlu Karen Poğosyan bir nəfəri yaralayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin