Paşinyan-Ərdoğan görüşü reallığa çevriləcəkmi?

2020/12/timth-1608025564.jpg
Oxunub: 429     16:14     29 Sentyabr 2022    
Oktyabrın 6-7-də Praqada Aİ-nin qeyri-rəsmi sammiti keçiriləcək və həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistan liderləri orada iştiraka dəvət olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr xatırladıb ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Ərdoğan Praqada planlaşdırılan Aİ sammiti çərçivəsində Nikol Paşinyanla görüşməyə hazır olduğunu açıqlayıb. Ötən gün Ermənistan XİN də belə bir ehtimalı istisna etməyib.

“Praqada keçiriləcək tədbir zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna deyil. Eyni zamanda, indiyədək belə bir görüş təsdiqini tapmayıb”, - deyə Ermənistan XİN rəsmisi bildirib.

Ermənistan hökuməti Paşinyanın Praqaya gedib-getməyəcəyi və belə bir görüşün gözlənilən olub-olmaması ilə bağlı rəsmi məlumat verməyə tələsmir.

“Mənbələrimiz belə bir niyyətin olduğunu, fors-major hal olmasa, Paşinyan-Ərdoğan görüşünün reallığa çevriləcəyini bildirib”, - deyə nəşr qeyd edir.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin