Rusiyanın Ermənistandakı səfiri Cermuk və Gorusa səfər edib

2022/09/30953-1664446275.jpg
Oxunub: 535     14:51     29 Sentyabr 2022    
Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin və səfirliyin nəzdindəki hərbi-hava qüvvələri attaşesi V. Kosov, Ermənistan və Rusiya qoşunlarının birgə qrupunun komandiri T. Parvanyanla birlikdə sentyabrın 28-də Cermuk və Gorus şəhərlərində olublar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Diplomatik nümayəndəliyin rəhbəri Ermənistan ordusunun komandanlığının nümayəndələri ilə yerində görüşüb, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub.

Səfər çərçivəsində Kopirkin həmçinin Gorus şəhərindəki 102-ci Rusiya hərbi bazasına və Qarakilsə şəhərində Rusiya sülhməramlı qüvvələrinin aviasiya qrupunun yerləşdiyi ərazilərə baş çəkib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin