Ermənistan Hindistandan "Pinaka" raketlərinin alınması barədə müqavilə imzalayıb

2022/09/100-6-1664429434.jpg
Oxunub: 4107     09:28     29 Sentyabr 2022    
Hindistan Ermənistanla raket, mərmi və sursat tədarükünü əhatə edən böyük həcmli müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistanın "Economic Times" nəşri yazıb.

Bildirilir ki, iki ölkə bu ayın əvvəlində fasiləsiz silah və sursat tədarükünü təmin edən bir sıra dövlətlərarası sazişlər imzalayıb.

Məlumata görə, Ermənistan Hindistandan müasir "Pinaka" raketləri və tank əleyhinə silahlar alacaq. Müqavilənin qiyməti təxminən 270milyon dollar qiymətləndirilir.

“Pinaka” raketləri 40 km mənzilə və dəqiq zərbə vurma qabiliyyətinə malikdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin