Zelenski Quterreşlə Zaporojye AES-dəki son vəziyyəti müzakirə edib

2022/08/1660980864.jpg
Oxunub: 410     22:49     28 Sentyabr 2022    
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığında Zaporojye AES-də yaranmış təhlükəni müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər AES-dəki vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

V.Zelenski, həmçinin Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   AES  


Bizi "telegram"da izləyin