Türkiyə TŞ xarici dövlətlərə Şimali Kipirin müstəqilliyini tanımağa çağırış edib

2022/09/1664390780.jpg
Oxunub: 590     22:26     28 Sentyabr 2022    
Türkiyə Yunanıstanın uğursuz cəhdlərinə qarşı mənafeyini qorumaq üçün hər cür qanuni vasitələrdən istifadə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında deyilib.

Mətbuata verilən bəyanatda Kipr türklərinin hüquqlarının müdafiəsi fəaliyyətlərinin qətiyyətlə davam ediləcəyi də vurğulanaraq, bütün ölkələrə Şimali Kipir Türk Cumhuriyyətinin müstəqilliyini tanımağa çağırış edilib.

“ABŞ-ın Kipr respublikasına qarşı silah embarqosunu ləğv etmə qərarı müzakirə edildi. Şərqi Aralıq dənizində sülh və sabitliyə mənfi təsir göstərəcək, bu qərardan geri dönməyə çağırışı edildi”, - deyə bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin