İraqda toqquşmalarda 100-dən çox təhlükəsizlik işçisi yaralanıb - YENİLƏNİB

2020/02/Getty-1581669832.jpg
Oxunub: 583     21:43     28 Sentyabr 2022    
İraqın paytaxtı Bağdadda etirazçılarla toqquşma zamanı təhlükəsizlik qüvvələrinin yüzdən çox üzvü yaralanıb.

Ordu.az İNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Paytaxtda toqquşmalar nəticəsində 4 zabit və təhlükəsizlik qüvvələrinin 118 əməkdaşı yaralanıb", - məlumatda deyilir.

Təhlükəsizlik İdarəsi həmçinin İraqın paytaxtında polislə toqquşmalarda 11 mülki vətəndaşın da yaralandığını bildirib.

*****

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdadın mərkəzində nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə "SHAFAQ News" xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, polis aksiya iştirakçılarının paytaxtın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”ya daxil olmasına mane olmağa çalışır.

Həmçinin bildirilir ki, qaz qumbaralarından istifadə edildikdən sonra güclü boğulma əlamətləri olan bir neçə nəfər yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.

Bir müddət əvvəl Bağdadın “yaşıl zonası” iki dəfə raketlərlə vurulub. Birinci halda, bombardman nəticəsində 7 nəfər, o cümlədən bir zabit və təhlükəsizlik qüvvələrinin iki üzvü yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin