Litva müdafiə xərclərini 148 milyon avro artıracaq

2019/11/74237-1572867165.jpg
Oxunub: 3035     20:51     28 Sentyabr 2022    
Litvanın müdafiə xərcləri bu il 148 milyon avro artacaq, müxtəlif növ silahların, o cümlədən Amerikanın Himars sistemlərinin alınması planlaşdırılır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin bugünkü iclasında qərar verilib.

“Biz müdafiənin maliyyələşdirilməsini artırır, bununla da parlament partiyalarının razılığını ardıcıl şəkildə həyata keçiririk”, - maliyyə naziri Gintare Skaiste bildirib.

Ölkənin müdafiə naziri Arvydas Anuşauskasın sözlərinə görə, vəsait 50 zirehli transportyor Ukraynaya verildikdən sonra Litvanın hərbi potensialının bərpasına yönəldiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ordu  


Bizi "telegram"da izləyin