Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

2022/04/bd8a2-1650532214.jpg
Oxunub: 440     20:41     28 Sentyabr 2022    
Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.

"Beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq, ölkə vətəndaşlarının Rusiyaya getməsinə, hazırda Rusiyada olanların isə mümkün qədər ölkəni tez tərk etməsinə çağırırıq", - paylaşımda qeyd edilir.

Bundan əvvəl ABŞ-ın Rusiyadakı Səfirliyi də analoji müraciətlə öz vətəndaşlarına müraciət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya  


Bizi "telegram"da izləyin