Belarus səfiri Gürcüstan XİN-ə çağırılıb

2020/04/15869-1586942633.jpg
Oxunub: 487     17:53     28 Sentyabr 2022    
Belarusun Gürcüstandakı səfiri Prezident Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Xatırladaq ki, Gürcüstan mətbuatında A.Lukaşenkonun Abxaziyaya qeyri-rəsmi səfərinin rəsmi Tbilisinin razılığı olmadan baş tutduğu barədə məlumat verilib.

Gürcüstan hakimiyyəti hələlik bu məsələni şərh etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Gürcüstan  


Bizi "telegram"da izləyin