Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

2022/07/1656911898.jpg
Oxunub: 524     17:18     28 Sentyabr 2022    
Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya döyüş tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu, müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin