Tankların hökmranlığı bitdi?| Qarabağ və Donbas müharibələri arasında paralellər (ANALİZ)

2022/12/1671870441.jpg
Oxunub: 2354     12:26     24 Dekabr 2022    
Qarabağdakı döyüş meydanında məhv edilmiş döyüş maşınlarının yanan qalıqları arasından olan bir neçə ənənəvi müharibə texnikasının nekroloqu yazılıb. Ancaq Rusiya-Ukrayna müharibəsində ənənəvi silahların daha çox istifadə edildiyi görünür.

HADİSƏ 1: AZƏRBAYCAN-ERMƏNİSTAN MÜHARİBƏSİ

– 2020-ci ilin sentyabrında iki Cənubi Qafqaz respublikası olan Ermənistan və Azərbaycan Qarabağ uğrunda qanlı müharibəyə başladı.


– Bu müharibədə Azərbaycan adi arsenalından başqa, böyük ölçüdə Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etdi. Bakı çoxlu sayda kiçik, eyni zamanda MALE tipli (uzun uçuş müddətinə, orta əməliyyat hündürlüyünə malik) PUA-lar tətbiq edib. Bunlar arasında Türkiyə istehsalı “Bayraktar TB2” zərbə, İsrail istehsalı “Harop”, “Orbiter 1K, “Orbiter 3”, “SkyStriker” kamikadze, “Hermes” və “Heron” seriyalı müşahidə PUA-ları var idi. Bu araşdırmada əsasən “Bayraktar TB2” və “Harop” PUA-larına istinad edilib.

– TB2 zərbə tipli ölümcül PUA-dır. Onun döyüş üstünlüklərindən bəziləri aşağıdakılardır:

Sinfinə görə TB2 27000 fut əməliyyat hündürlüyünə və 27 saat uçuş müddətinə malik olan MALE tipli PUA-dır. Sistem havadan nisbətən çətinliklə aşkarlana bilən hədəfləri aşkar etməyə qadir olan radarlara, elektro-optik və infraqırmızı sensorlara malikdir.


O, L-UMTAS kimi radio ilə idarə olunan, bərk yanacaqla işləyən tank əleyhinə idarə olunan raketləri (500 m-dən 8 km-ə qədər məsafə), lazerlə idarə olunan dəqiq döyüş sursatları (MAM-C, MAM-L, 8-14 km məsafədə), zirehli texnika və personal əleyhinə rollar üçün nəzərdə tutulan və lazerlə idarə olunan “Cirit” raketini (1,5-8 km məsafədə) əhatə edən geniş döyüş başlığına malikdir. Bu xüsusiyyətlər onu yaxın döyüş üçün effektiv maşın edir. O, tanklar, zirehli texnikalar, artilleriya qurğuları, hava hücumundan müdafiə silahları, raket sistemlərini məhv edə bilir.


- “Harop “gözləri, qulaqları və dişləri” olan “gəzən sursat”dır. Radiotezlik (RF) və EO sensorları da daxil olmaqla, ikili müşahidə və izləmə vasitələrindən istifadə edərək hədəfləri aşkar edə bilər. PUA 23 kiloqramlıq tək döyüş başlığından istifadə edir.

Platforma təsirli performans göstəricilərinə malikdir (1000 km məsafə, 417km/saat sürət və 6 saat uçuş müddəti).

Kiçik radara görünmə sahəsi (<0,5m2, F16-C 1,2m2) sayəsində “Harop” adi sensorlar tərəfindən böyük ölçüdə aşkar edilmir.

PUA və Raket gücü

27 sentyabr – 10 noyabr tarixlərində davam edən müharibədə Azərbaycan ordusu tərəfindən yayımlanan videolarda Ermənistanın ağır texnika və canlı qüvvə itkisi verdiyi görünür. Aşağıdakı müşahidələri qeyd edə bilərik:


– TB2 və “Harop” tanklara və zirehli maşın karvanlarına atəş açaraq böyük itkilərə səbəb olub.

– “Kiçik canavarlar”ın artilleriya hissələrini, hava hücumundan müdafiə silahlarını və sensorları məhv etməsini görüntüləri yayılıb. Bunlardan bəlkə də ən vacibi qüdrətli S-300 zenit-raket sisteminin məhv edilməsi idi.


– Hər iki tərəf PUA-lardan başqa, Tank Əleyhinə İdarə olunan Raketlərdən (ATGM) istifadə edib. Azərbaycan Rusiyanın “Xrizantema” sistemi ilə yanaşı İsrailin “Spike LR2” və “Spike ER2” TƏİRK-lərindən, Rusiyanın “Konkurs” və “Kornet E” sistemlərindən istifadə edib. Azərbaycan ordusunda, həmçinin RPG-7 və SPG9 kimi tank əleyhinə sistemlər mövcuddur.

- Ermənilərin itkiləri çox böyük idi. Tankların və zirehli texnikaların əksəriyyəti TƏİRK-lərlə məhv edilsə də, “Bayraktar” və “Harop” Ermənistan HHM sistemlərini, zirehli texnika arsenalını və artilleriya qurğularının məhv edilməsində böyük rol oynadı.

HADİSƏ 2: DAVAM EDƏN RUSİYA-UKRAYNA MÜHARİBƏSİ

Qarabağdakı döyüş meydanında texnikanın kütləvi şəkildə məhv edilməsi artıq doqquzuncu aydır davam edən Rusiya-Ukrayna müharibəsində təkrarlanır və ardınca ölüm və dağıntıların izini, insan fəlakətini qoyur. Bu işə aid bəzi faktlar:


– Qarabağda “Harop” və “Bayraktar TB2” istifadə edilərkən, burada Ukraynada ABŞ-ın “Switchblade” kamikadze PUA-ları, TB2 və digər Qərb istehsalı sistemlərdən istifadə edib.

– Açıq mənbələrə görə, Rusiya tankları və digər zirehli texnikaları heyrətamiz sayda məhv edilib. 2000-dən çox zirehli texnika məhv edilib. Real rəqəmlər daha çoxdur.


– Ukrayna müharibəsində daha bir tank qatili, döyüş meydanında uzaq və geniş yayılmış ölümcül TƏİRK-lərin üstünlük təşkil etməsi oldu. ABŞ-ın 2000-dən çox “Javelin” və 6000 AT4 daşına bilən TƏİRK tədarük etdiyi bildirilir. Böyük Britaniya/İsveç istehsalı 3000-dən çox qısa mənzilli NLAW tədarük edilib. Bundan başqa, Almaniyadan “Panzerfaust-3” TƏİRK-ləri də alınıb.

– Videolarda Rusiya tank və zirehli texnikalarının TƏİRK və PUA-larla məhv edildiyi görünür. Bu zərbələr, həmçinin informasiya üstünlüyü kimi də istifadə edilir.

– Bir tərəfdə Rusiyanın kütləvi artilleriya atəşi böyük dağıntılara və mülki itkilərə səbəb olur. Ukraynanın artilleriya və minaatan atəşi Rusiya tərəfdə çoxlu sayda canlı qüvvənin məhvinə gətirib çıxarır.

– Taktiki döyüş bölgəsində görünən başqa bir hadisə daşına bilən HHM sistemləri (qısaca MANPADS adlanır) tərəfindən vurulan təyyarə və hücum helikopterlərindəki ölümlərin sayının çox olmasıdır.


– Təkcə Ukraynanın arsenalında olan MANPADS (“İqla”, “İqla 1M”, “İqla 1S”, “Strela 2M” və s.) deyil, həm də bir sıra digər ölkələrin (ABŞ-dan “Stinger”, Böyük Britaniyadan “Star Streak” və Hollandiya, Danimarka, Almaniya, Litvadan olan digər MANPADS-lər) sistemləri istifadə edilir. Rusiyanın hücum helikopterlərinin yuxarıda göstərilən MANPADS tərəfindən vurulması videoları sosial şəbəklərdə yayılıb.

Yuxarıda qeyd olunan hadisələr kontekstində açıq mənbələrdə aşağıdakı ifadələr yer alır:

– Taktiki döyüş meydanında güclü döyüş maşını kimi şərti tank kiçik PUA-ların və TƏİRK-lərin yeni zəiflikləri qarşısında məhv oldu.
– Əvvəlki adi yerüstü HHM sistemləri inkişaf edən kiçik PUA təhlükəsi üçün uyğun deyil.
– Uzun mənzilli ağır silahlar və haubitsalar tez və güclü əks-batareya atəşinə tab gətirə bilmədiklərinə görə köhnəlir.
– Zərbə təyyarələri və hücum helikopterləri MANPADS-larla dolu olan taktiki döyüş bölgəsində zəifdir.


ANALİZ

Bu müharibələr nəticəsində tankların artıq köhnəldiyini demək bir az zəif ehtimaldır. Daha dərindən araşdırsaq başqa bir həqiqət ortaya çıxacaq.

Qarabağda bir çox tankın məhv edilməsi PUA-ların ölümcül zərbələri ilə əlaqələndirilir. Ermənistanın “balaca canavarlar”la mübarizə üçün lazım olan pulu var idimi? Bəzi detallar:


– Ermənilərin yerüstü HHM sistemləri tamamilə Rusiya istehsalı olan silah və raketlərə əsaslanırdı.

– Silahlara 23 mm-lik qoşa lüləli yedəkdə daşınan silahlar və ZSU 234B “Şilka” özüyeriyən zenit-artilleriya daxildir.


Raketlər Rusiya HHM sistemlərinin bütün spektrini əhatə edirdi. “Strela 10M” (mənzil 5 km, hündürlük tavanı 11500 km), təkmilləşdirilmiş “Osa-AK” (10 km məsafə, hündürlük 15000 fut), 2K12 “Kub” silah sistemi (məsafə 24 km və hündürlük 20.000 fut). ), “Buk M2” orta mənzilli HHM sistemi (30 Km diapazon və 46000 fut hündürlük), təkmilləşdirilmiş “Peçora” HHM sistemi (mənzil 35 km, hündürlük 59000 fut), SA-4 sistemi (radio məsafəsi 55 Km) və S-300 PM uzun mənzilli (40-350 Km) HHM sistemi daxildir.


– S-300, “Buk M2” və “Osa AK” (təkmilləşdirilmiş) istisna olmaqla, HHM sistemlərinin qalan hissəsi 1960-70 texnologiyası idi. Daha da önəmlisi, bunlar adi silahlardır. Niyə?

Kiçik PUA-lar aşkarlama və məhv etmə ilə bağlı ikiqat problem yaradır. Kiçik ölçülərinə görə, onlar adi köhnə radarlarla müqayisədə çox aşağı aşkarlanma qabiliyyətinə malikdirlər. Belə kiçik aşkarlanmaya sahib hədəfləri aşkar etmək üçün peşəkar radarlar tələb olunur. Bunlar ya AESA radarları və ya C, X, Ku, K (6-15 GHz) tezlik diapazonunda olan xüsusi radarlar və ya tezlik modulyasiya edən davamlı dalğa (FMCW) radarları və s. ola bilər.

Ən təsirli kiçik PUA detektorları elektro-optik (EO) və infraqırmızı sensorlardır ki, onlar da uçuş zamanı PUA-nın 3D dinamik görüntüsünü yaradır və arxa fonda müdaxilə və səs-küyün qarşısını alır.

Məhv etmək üçün adi silahlar və raketlər yararsızdır. Müqayisəli xərclər hücum edənin xeyrinədir və bütün kiçik PUA-ları döyüş meydanında məhv etmək olmaz.


– Ermənistanın HHM arsenalında yuxarıda qeyd olunan aşkarlama və məhvetmə sistemləri yox idi. Bu, PUA-lara tanklar və zirehli maşınlar üzərində təxribat oynamağa imkan verdi. Kamikadze PUA-nın S-300 ilə toqquşma nəticəsində zərbəsini və ya TƏİRK-lər tərəfindən vurulan bir çox tankı görmək həqiqətən gözəl mənzərə idi.

Döyüş məşqləri və təlimləri haqqında bir neçə söz

– Döyüş meydanında atəş-hərəkət taktikasına sadiq qalaraq taktiki fəaliyyət göstərən tanklar və zirehli texnikalar əvəzinə, Qarabağdakı döyüş meydanında uzun-uzadı açılan konvoylarda bir-birinin ardınca “sürünən” ölümcül maşın dəstələri görünürdü. Ukraynada rus tankları və zirehli texnikasının karvanlarının PUA və TƏİRK-lərlə necə məhv edildiyini bütün dünya gördü.


– Erməni HHM sisetmlərinin qabaqcıl döyüş elementlərini daim öz effektiv məsafələrində saxlamaqla ənənəvi yerləşdirmə prosedurlarına əməl etmədiyini görmək də sadəlövhlük idi. Bunun əvəzinə, bunlar karvan kimi bir-birinə sıxışdırılıb irəliləyirdilər.

TƏİRK-lər ölümcül silahlardır. Xüsusilə termobarik döyüş başlığından istifadə edənlər (daha öldürücü təsiri olan yüksək temperatura malik partlayışa səbəb olmaq üçün hədəf üzərindəki atmosfer oksigenindən istifadə edən başlıqlar) daha effektivdir.

Beləliklə, yuxarıda göstərilənlərin hamısı bizi ilkin kontekstdə hara aparır – tank müharibə maşını kimi məhv edilibmi?

– Tanklar bu günün və sabahın döyüşlərində güclü döyüş maşını olaraq qalacaq.


– TƏİRK-lər və tanklar arasında əbədi duel hava hücumu və hava hücumundan müdafiə vasitələri kimi davam edəcək.

– PUA təhlükəsinin qarşısını almaq üçün aşkar etmək və məhv etmək üçün PUA əleyhinə xüsusi arsenal vacibdir.

– EO/IR nəzarət cihazları və sərt (kinetik) və yumşaq (RF, Lazer, EW) məhvetmə vasitələrinin birləşməsinin qarşısında PUA-lar asan hədəfdir. Hava hücumundan müdafiə ekosistemi ilə qarşılaşdıqda, onlar qüdrətli hava hücumundan müdafiə sistemlərini, tankları və ya zirehli texnikanı məhv etməyə cəsarət etmirlər.

Nəhayət, MANPADS haqqında

– TƏİRK-lərdə olduğu kimi, MANPADS-lar da döyüş təyyarələrini və hücum helikopterlərini məhv etməyə davam edəcək.


– Hücum edən tərəfin zamanla sınaqdan keçirilmiş əks tədbirlərə investisiya etməkdən başqa seçimi yoxdur. Bunlardan bəziləri aşağıdakılardır:

Tam situasiya məlumatlılığı üçün göyərtənin içində və xaricində quraşdırılan sensorlar;
Aktiv və passiv əks-tədbir;

Radarla idarə olunan raketlərin istiqamətləndirilməsinin və naviqasiya əlaqələrinin sıradan çıxarılması.


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Donbas  


Bizi "telegram"da izləyin