Erməni politoloq: “Müharibə hələ bitməyib, erməni cəmiyyəti müharibə şəraitində yaşayır”

2022/09/e00d0-1664361414.jpg
Oxunub: 588     16:22     29 Sentyabr 2022    
“Müharibə hələ bitməyib, erməni cəmiyyəti müharibə şəraitində yaşayır, amma müharibə təfəkkürü ilə yaşamaq istəmir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Tevan Poğosyan deyib.

O qeyd edib ki, hazırkı Ermənistan hökuməti yeni məğlubiyyətlər gətirəcək.

“Anlamaq lazımdır ki, 9 noyabr bəyanatları yalnız atəşkəs sənədidir”, - deyə Poğosyan bildirib.

O, erməniləri ABŞ-ın regionda həyata keçirdikləri qərarları və maraqlarını xatırlamağa çağırıb. “ABŞ Abşeron yarımadasının neft sektoruna sərmayə qoyduqdan sonra nə düşünməliyik? Bu və ya digər ölkənin öz maraqlarını güdməsinə üzülmək lazım deyil.”, - deyə erməni politoloq fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin