Ermənistan siyasi partiyası: “27 sentyabr məğlubiyyət zəncirinin başlanğıcı oldu, məğlubiyyət bu günə qədər davam edir”

2022/09/6DC63-1664361379.jpg
Oxunub: 536     17:16     28 Sentyabr 2022    
“Ölümcül fəlakətdən iki il sonra biz nəinki müharibənin nəticələrini aradan qaldırmamışıq, həm də daha ciddi sınaqlarla üzləşmişik”.

Ordu.az xəbər verir ki, bunu “Ermənistanın Dirçəlişi” partiyası 44 günlük müharibənin ikinci öldünümü ilə bağlı verdiyi bəyanatda qeyd edib.

Siyasi partiya bildirib ki, 27 sentyabr 2020-ci il atəşkəsin elanı ilə bitməyən bir sıra məğlubiyyətlərin başlanğıcı oldu.

“Məğlubiyyət bu günə qədər davam edir, təkcə insan və ərazi itkisi deyil, həm də dövlətçiliyin itirilməsi təhlükəsi yaradır”, - deyə bəyanatda qeyd olunur.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Ermənistan  


Bizi "telegram"da izləyin