Erməni deputat: “Petrosyan açıq şəkildə bildirib ki, Ermənistan yeni kapitulyasiyaya hazırlaşmalıdır”

2022/04/852-1650696550.jpg
Oxunub: 836     17:56     28 Sentyabr 2022    
“Levon Ter-Petrosyan açıq şəkildə bildirib ki, Ermənistan yeni kapitulyasiyaya hazırlaşmalıdır və masada müzakirə olunan sənəd var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan deyib.

Onun sözlərinə görə, bu sənəd o deməkdir ki, dövlət nominal olaraq yaşayacaq, lakin o, öz müstəqilliyini və suverenliyini qoruyub saxlamaq qabiliyyətini itirəcək, daha milli müdafiə funksiyasını yerinə yetirə bilməyəcək.

“Biz uzun müddətdir ki, Ter-Petrosyanın yanaşmalarına qarşı mübarizə aparırıq. Bu adam erməniləri bacarıqsız hesab edir və sübut etməyə çalışır ki, burada yalnız azərbaycanlıların və türklərin icazəsi ilə yaşamaq lazımdır.

Ter-Petrosyan 1990-cı illərdən başlayaraq qaçılmazlıq və təslimçilikdən danışır. Başqalarını təslim olmağa inandırmağa çalışır. Paşinyanın təkliflərinə gəlincə, onların hamısı yeni kapitulyasiyaya gətirib çıxaracaq”, - deyə Rüstəmyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Petrosyan  


Bizi "telegram"da izləyin