"Ukraynadan 5 milyon tondan artıq taxıl ixrac olunub" - Hulusi Akar

2022/04/879df-1649599062.jpg
Oxunub: 345     13:35     28 Sentyabr 2022    
“Bu günədək 200-dən çox gəmi 5 milyon tondan çox taxılı Ukrayna limanlarından başqa ölkələrə çatdırıb”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib.

Nazir bildirib ki, savaşın nəticəsi olaraq ortaya çıxan qida və enerji böhranı məsələsində Türkiyə fəal diplomatiya həyata keçirir: “İstanbulda əldə olunan “Taxıl razılığı” BMT-nin son illərdə imza atdığı ən böyük uğurlardandır”.

H.Akar söyləyib ki, iyulun 27-də fəaliyyətə başlayan Birgə Koordinasiya Mərkəzi vasitəsilə Ukrayna limanlarındakı taxıl digər ölkələrə təhlükəsiz formada çatdırılır: “Türkiyə regionda və dünyada təhlükəsizliyi təmin edən bir ölkə kimi Ukrayna böhranında da ilk gündən etibarən təsirli və konstruktiv mövqe sərgiləyib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin