Qazilərlə bağlı koordinasiya mərkəzi yaradılıb - Dövlət Agentliyi

2022/09/1664357686.jpg
Oxunub: 387     13:32     28 Sentyabr 2022    
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Vətən müharibəsində, eləcə də erməni təxribatlarının qarşısını alarkən yaralanan qazilərə yardım edilməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departament rəhbəri Hikmət İbrahimli deyib.

O bildirib ki, rayon mərkəzi xəstəxanalarında o bölgədəki qazilərin sayına görə koordinatorlar işə götürülüb:

Ətraflı
"Qazilər növbədənkənar qəbul edilib, xidmət göstərilir. Onlar əgər müayinə və müalicənin özəl xəstəxanalarda aparılmasını istəyirsə, onlara göndəriş verilir. Həmçinin müalicəsi rayonda mümkün olmadıqda, həmin şəxslər Bakıya yönləndirilir".

H.İbrahimli bildirib ki, müharibə iştirakçılarına yardım göstərilməsi üçün ayrıca psixoloq ştatı yaradılıb və onlara psixoloji xidmət göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazilər   Koordinasiya-mərkəzi  


Bizi "telegram"da izləyin