Şimali Koreya növbəti nüvə sınağını keçirəcək

2022/01/e532e-1641446398.jpg
Oxunub: 488     12:20     28 Sentyabr 2022    
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın nüvə sınağı keçirəcəyi ehtimalını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin deputatı Yon Qon Yon Milli Kəşfiyyat Xidmətinin qapalı brifinqindən sonra məlumat verib.

Bunun 7-ci nüvə sınağı olacağı bildirilir. Məlumata görə, sınaqlar oktyabrın 16-sı ilə noyabrın 7-si aralığında keçirilə bilər. Çünki oktyabrın 16-da Çin Kommunist Partiyasının XX Qurultayı, noyabrın 7-də isə ABŞ-da aralıq seçkilər keçiriləcək.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya hakimiyyəti bir neçə aydır KXDR-in növbəti nüvə sınağına hazırlaşdığını iddia edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya  


Bizi "telegram"da izləyin