İran "Şahab" adlı yeni PUA-nın təqdimatını edib

2022/09/63340-1664353050.jpg
Oxunub: 612     12:16     28 Sentyabr 2022    
İran "Şahab" adlı yeni pilotsuz uçuş aparatının (PUA) təqdimatını edib.

Ordu.az xəbər verir ki, “Şahab” adlı yeni PUA "Safir" təlim pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasıdır.

“Şahab” bu gün ilk dəfə İran Hərbi Hava Qüvvələrinin sərgisində nümayiş etdirilib.

Bu PUA kəşfiyyat qabiliyyətinə, 11 min fut (red-0,3048 metr) uçuş hündürlüyünə, 8 saat uçuş müddəti, 200 km məsafədə kəşfiyyat missiyası üçün uçuş radiusunu artırmaq qabiliyyətinə malikdir.

Həmçinin bu dronun uçuş, eniş və qalxma zamanı tarazlığını qorumaq üçün onun qanadlarının ucu “V” forması şəklində işlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Şahab  


Bizi "telegram"da izləyin