Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir “CNN Türk”ə açıqlamasında bildirib.
O qeyd edib ki, müdafiə sənayesi üçün xüsusi olaraq götürülən öhdəliklər və layihə cədvəlləri var.
“Onların əhəmiyyətli bir hissəsini 2023-cü ilə həyata keçirmək hədəfimiz var idi. Bizim müxtəlif ölçülü raketlərimiz var, onlardan biri qanadlı raketlərdir. Bu raketlərin inkişaf etdiyini görəcəyik. “Atmaca”nın əvvəlki modellərində mühərrikimiz xarici ölkələrdən gəlirdisə, indi mühərriki də lokallaşdırdıq. Müxtəlif qabiliyyət və diapazonlarda onun alternativləri ön plana çıxdı. Biz belə sistemlər üçün işləyirik”, - deyə Dəmir vurğulayıb.
Bundan əvvəl Komitənin 2022-ci ildəki hədəfləri arasında “Som” və “Atmaca” raketlərində istifadə olunacaq KTJ3200 turboreaktiv mühərrikinin təslim ediləcəyi bildirilib.
“Kale Arge” şirkəti tərəfindən tamamilə yerli vasitələrlə hazırlanmış KTJ-3200 xüsusilə qanadlı raketlər, hədəf təyyarələri üçün optimallaşdırılmış turboreaktiv mühərrikidir. Kompakt dizaynı ilə yüksək itələmə gücünə, aşağı yanacaq sərfiyyatına malikdir və müxtəlif hündürlükdə/sürət şəraitində işə salına bilir.
Türkiyənin ilk milli turboreaktiv mühərriki olan KTJ-3200 fərqli hündürlük/sürət şəraitində performansını sübut edib. Üstün xüsusiyyətləri sayəsində KTJ-3200 bəzi modifikasiyalarla müxtəlif hava platformalarına uyğunlaşdırıla biləcək.
Sevinc Əliyeva
Ordu.az