ABŞ-a məxsus aviadaşıyıcının ekipajı reaktiv yanacaqdan zəhərlənib

2022/09/USS-N-1664262319.jpg
Oxunub: 424     21:00     30 Sentyabr 2022    
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Nimitz” aviadaşıyıcısının şəxsi heyəti JP5 reaktiv yanacağın istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Task and Purpose” nəşri yayıb.

İddiaya görə, gəmidə içmək və duş üçün nəzərdə tutulan su çəni döyüş təyyarələrində istifadə edilən JP5 yanacağı ilə qarışdırılıb.

Sakit Okeanda səyahət edən "Nimitz" gəmisinin 2300-ə yaxın ekipaj üzvündən bəziləri hadisədən tibbi olaraq təsirlənib. 5-6 saat JP5 təyyarə yanacağının sızdığı suyu içən və duş alan şəxsi heyət gəminin xəstəxana şöbəsi tərəfindən nəzarətə götürülüb.

Hadisədən bir neçə gün sonra gəmidəki içməli su çəni təmir edilib və çirkli su təmizlənərək istifadəyə verilib.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nimitz   ABŞ  


Bizi "telegram"da izləyin