Vətən Müharibəsi şəhidləri Türkiyədə anılıb - FOTOLAR

2022/09/1664216930.jpg
Oxunub: 1841     22:05     26 Sentyabr 2022    
İstanbulda 2020-ci ilin 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Ordu.az xəbər verir ki, Azərbaycanın İstanbuldaki Baş Konsulluğu tərəfindən təşkil olunan anım mərasimi İstanbulun Sarıyer rayonundaki Heydər Əliyev parkında baş tutub.

Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilərək, hər iki ölkənin dövlət himnləri səsləndirilib.


Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva Vətən Müharibəsində şəhid olaraq işğal altında olan Azərbaycan torpaqlarını azad edən qəhrəmanların şücaətindən bəhs edib.

N. Mustafayeva, Azərbaycanın vətən fədailərini hər zaman yaddaşlarda yaşadacağını vurğulayıb.


Tədbirdə Türkiyə Xarici işlər Nazirliyinin rəsmiləri, müxtəlif ölkələrin İstanbuldaki konsulları, ictimaiyyət nümayəndələri və yerli media iştirak edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-Müharibəsi   Şəhid  


Bizi "telegram"da izləyin