Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

2021/11/a59a2-1636196414.jpg
Oxunub: 1273     22:02     26 Sentyabr 2022    
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.

Ordu.az Azərbaycanın dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını arzulayıram.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Putin  


Bizi "telegram"da izləyin