Dövlət Departamenti: Snouden ABŞ məhkəməsi qarşısında cavab verməlidir - YENİLƏNİB

2017/12/273434234_1514396932.jpg
Oxunub: 824     23:32     26 Sentyabr 2022    
ABŞ Dövlət Departamenti keçmiş kəşfiyyatçı Edvard Snoudenə Rusiya vətəndaşlığı veriulməsinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib ki, Snouden ABŞ vətəndaşı olaraq qalır və o məhkəmə qarşısında cavab verməlidir.


“Bizim mövqeyimiz dəyişməyib: Snouden ABŞ-a qayıdaraq məhkəmə qarşısına çıxmalıdır. Yeganə dəyişən şey budur ki, o, RF silahlı qüvvələri sıralarına çağırıla bilər” – deyə Prays vurğulayıb.

***
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Xatırladaq ki, Edvard Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşıdır. O, 2013-cü ilin iyun ayının əvvəlində Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatlarını “The Guardian” və “The Washington Post”a sızdırmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Snouden   Rusiya  


Bizi "telegram"da izləyin