Yaponiyanın Vladivostokdakı konsulu casusluqda ittiham edilərək saxlanılıb

2022/08/1659935678.jpg
Oxunub: 629     20:06     26 Sentyabr 2022    
Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini casusluqda ittiham edərək saxlayıb.

Ordu.az xəbər verir ki, Yaponiya konsulu “Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri” və “Qərbin sanksiyalar siyasətinin Primorsk diyarında iqtisadi vəziyyətə təsiri haqqında” məxfi məlumatları alarkən cinayət başında yaxalanıb".

Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz bildirilib. Konsulun özü arzuolunmaz şəxs elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Casus  


Bizi "telegram"da izləyin