Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçiriləcək

2022/09/1664208133.jpg
Oxunub: 511     19:46     26 Sentyabr 2022    
Sentyabrın 27-də saat 11:30-da Gəncə şəhərinin Şəhidlər xiyabanında Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçiriləcək.

Gəncə İcra Hakimiyyətindən Ordu.az-a verilən məlumata görə, saat 12:00-da Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədi ilə 1 dəqiqəlik sükut elan olunacaq.

Şəhidlər xiyabanında təşkil olunan ümumşəhər tədbirinin davamı olaraq, Gəncənin Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazi (“Qələbə” parkı) ziyarət olunacaq. Daha sonra isə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunan ağacəkmə aksiyası təşkil olunacaqdır. Ağacəkmə aksiyası Gəncə şəhərinin Nizami Gəncəvi prospektində (Bakı-Gəncə yolunda) baş tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gəncə   Anım-Günü  


Bizi "telegram"da izləyin