Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək

2021/09/HAPK-1632316843.jpg
Oxunub: 688     19:27     26 Sentyabr 2022    
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin