Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib, siyahıda Qod Nisanov və Zarah İliyevin də adı var

2022/06/1654628774.jpg
Oxunub: 469     19:18     26 Sentyabr 2022    
Böyük Britaniya hökuməti 92 rusiyalıya, o cümlədən Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarah İliyevə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, sənədin yenilənmiş variantı bazar ertəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sanksiya siyahısına “Qoznak”, “Sberbank”, “Qazprombank” və “Otkritie” bankın rəhbərliyi, Bank VTB-nin Müşahidə Şurasının üzvü Valeri Sidorenko, ARETİ beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov daxil edilib.

Bundan başqa, Rusiya Prezidentinin Daxili Siyasət Administrasiyasının məmurlarına qarşı da sanksiyalar tətbiq olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Sanksiya  


Bizi "telegram"da izləyin