Türkiyə Prezidenti: "Hədəfimiz Putinlə Zelenskini ən qısa zamanda bir araya gətirməkdir"

2022/03/erdop-1647580517.jpg
Oxunub: 488     18:47     26 Sentyabr 2022    
“Hədəfimiz Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna dövlət başçısı Volodimir Zelenskini ən qısa zamanda bir araya gətirmək, müharibəyə son verməkdir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Türkiyənin səylərinə verdiyi dəstəyə görə həmkarlarına təşəkkür edib: “Cənab Putinə və Zelenskiyə minnətdaram. Bizdən fərqli olaraq, qonşumuz Yunanıstan isə təxribatçılıq edir”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Putin   Zelenski  


Bizi "telegram"da izləyin