Rusiya “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə BTR yerləşdirir

2022/09/dfgdf-1664128258.jpg
Oxunub: 566     16:51     26 Sentyabr 2022    
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya Respublikasındakı sərhəd idarəsi BTR-in (zirehli transportyor) Gürcüstanla sərhəddəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə irəlilədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, zirehli transportyor gözlənilməz hadisə zamanı təhlükəsizliyi təmin etmək üçün Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə hərəkət edir.

“Zirehli transportyor ora gedir, lakin keçid məntəqəsində blokpost qurmaq üçün hərəkət etmir. Kobud desək, ehtiyatda olan şəxslərin keçid məntəqəsini yarıb ölkəni tərk etmək təhlükəsinin qarşısını almaq üçün ehtiyat görülür”, - deyə qurumdan bildirilib.

Qeyd olunub ki, hazırda keçid məntəqəsi hazırda normal rejimdə işləyir, hərbi çağırış yaşda olan kişilərin ölkədən çıxmasına məhdudiyyət qoyulmayıb.

Qeyd edək ki, dünən Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının deputatı Nona Mamulaşvili ölkəyə gələn çoxlu insan axını ilə əlaqədar sentyabrın 26-dan Rusiyadan kişilər üçün sərhədi bağlamaq planlarını açıqlamışdı. Mamulaşvili əlavə edib ki, ölkəyə giriş qadağası ilk növbədə 18-55 yaş arası kişiləri əhatə edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yuxarı-Lars  


Bizi "telegram"da izləyin