Ordu.az verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiya nümayəndə heyətləri iştirak edəcək.
“Məşvərətçi orqanın işi çərçivəsində Rusiya Federasiyası Prezidentinin Birlik ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans vasitəsilə görüşü planlaşdırılır. Tədbir sentyabrın 30-da saat 09.00-da başlayacaq”, - deyə məlumatda bildirilib.
O da qeyd olunub ki, iclası Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açacaq və o, Vladimir Putinin iclas iştirakçılarına müraciətini oxuyacaq.
Ordu.az