KİV: Ukraynadakı müharibə qlobal iqtisadiyyata 2,8 trilyon dollara başa gələcək

2022/09/1663909532.jpg
Oxunub: 478     16:39     26 Sentyabr 2022    
Ukraynadakı müharibə gələn ilin sonuna qədər dünya iqtisadiyyatına 2,8 trilyon dollara başa gələcək.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal"da bildirilib.

Nəşr yazıb ki, Ukraynadakı müharibə enerji daşıyıcılarının qiymətlərində sıçrayışa səbəb olub, bu isə ev təsərrüfatlarının gəlirlərinin azalmasına gətirib çıxarıb və biznes ictimaiyyətinin etimadını sarsıdıb: "Müharibə tədarük zəncirlərini pozub, ərzaq və ilkin təlbat mallarının çatışmazlığına səbəb olub.

Qərb ehtiyat edir ki, Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan olunması haqqında fərmanı və Ukraynanın işğal olunmuş ərazilərində “referendumların” keçirilməsi müharibənin aylarla, hətta illərlə uzanmasına gətirib çıxara bilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin