Lavrovun müavini: “Rusiya nüvə silahından istifadəyə dair yanaşmasını dəyişməyib”

2019/04/78978-1556280542.jpg
Oxunub: 450     16:05     26 Sentyabr 2022    
Rusiyanın nüvə silahından mümkün istifadə məsələsinə yanaşmasında heç bir dəyişiklik baş verməyib, hər şey Rusiyanın hərbi doktrinasında və nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarında müəyyən edilmiş müstəvidədir.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci Kanal”ın efirində deyib

“Həm açıq şəkildə, həm də amerikalılarla təmasda dəfələrlə qeyd etdiyimiz kimi, Rusiyanın bu mövzuya (nüvə silahından istifadə – red.) doktrinal yanaşmalarında heç bir dəyişiklik olmayıb, hər şey əvvəlki müstəvidə və eyni çərçivədə qalır. Bunlar bizim hərbi doktrinamız, həmçinin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsasları ilə müəyyən edilir”, - deyə rusiyalı diplomat vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nüvə  


Bizi "telegram"da izləyin