“YAŞAT” tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib

2022/09/8226d-1664189858.jpg
Oxunub: 523     14:57     26 Sentyabr 2022    
“YAŞAT” bu il də tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib.

Bu barədə Ordu.az-a Fonddan məlumat verilib.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb.

Beləliklə, Fond tərəfindən onlara birdəfəlik pul mükafatı - 2000 AZN təqdim edilib.

Məlumatda qeyd olunub ki, ilk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YAŞAT   Fond  


Bizi "telegram"da izləyin