Şimali Koreya nüvə materialı təhlükəsizliyi baxımından ən pis ölkədir – HESABAT

2018/10/thumb-1539174766.jpg
Oxunub: 389     12:33     01 Oktyabr 2022    
Qərargahı Vaşinqtonda olan “Nüvə Təhdidi Təşəbbüsü” (NTI) qeyri-hökumət təşkilatı tərəfindən dərc edilən və nüvə silahı istehsalında istifadə edilə bilən maddələrin 1 kiloqramdan çox olduğu 22 ölkənin qiymətləndirildiyi hesabatda Şimali Koreya təhlükəsizlik protokollarının funksionallığı baxımından siyahıda sonuncudur.

Hesabatı hazırlayan ekspertlər qəzaların qarşısının alınması və terrorizm üçün nüvə silahından istifadənin qarşısının alınması istiqamətində tədbirlərin qeyri-kafiliyinə diqqət çəkib.

Təhlükəsizlik tədbirlərinə görə 100-dən yuxarı bal toplayan ölkələrin olduğu hesabatda Şimali Koreya 100 baldan 19 bal toplaya bilib.

Hesabatda ölkə rəhbərliyinin nüvə proqramı ilə bağlı şəffaf olmadığı və ictimaiyyətə kifayət qədər məlumat verilmədiyi vurğulanıb.

Təşkilatın 2012-ci ildən bəri hazırladığı hesabatlarda Şimali Koreya son 5 ildə sonuncu yerdədir.

2001-ci ildə ABŞ senatoru Sem Nann və CNN televiziyasının yaradıcısı, iş adamı Ted Turner tərəfindən yaradılan NTI kütləvi qırğın silahlarının törətdiyi qəzaların və terror hücumlarının qarşısını almaq üçün məlumatlandırma fəaliyyəti həyata keçirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya  


Bizi "telegram"da izləyin