Hərbi Hava Qüvvələri: "İran PUA-ları ilə Ukrayna ərazisinə hücumlar intensivləşib"

2022/08/62441-1660281648.jpg
Oxunub: 763     13:57     26 Sentyabr 2022    
İran PUA-ları ilə Ukrayna ərazisinə hücumlar intensivləşib.

Ordu.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.

O bildirib ki, Rusiya ordusu raket əvəzinə Ukraynanı İranın kamikadze dronları ilə daha tez-tez vurmağa başlayıb:

“Amma biz onlarla mübarizə aparmaq üçün yeni taktikalar hazırlayırıq”.

Məlumata görə, PUA-larla hücumlar xüsusilə Xarkov, Odessa və Nikolayev vilayətlərində qeydə alınıb: “Ukraynalı müdafiəçilər effektiv müdafiəni öyrənirlər. Ukrayna Silahlı Qüvvələri atıcı silahlardan, pulemyotlardan, zenit qurğularından, həmçinin elektron döyüş texnikasından istifadə edir”.

İqnat hesab edir ki, Rusiya dörd "İl-76" nəqliyyat təyyarəsi ilə İrandan bir neçə yüz pilotsuz təyyarə tədarük edə bilər.

Xatırladaq ki, ukraynalı müdafiəçilər rusların kamikadze pilotsuz uçan aparatlarla zərbələri aktivləşdirə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Qeyd edək ki, daha əvvəl Ukraynada İrana məxsus 6 PUA məhv edilmişdi. Bunun ardınca Ukrayna İran səfirini ölkədən qovub. Nəticədə tərəflər arasında münasibətlər gərginləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA   Ukrayna  


Bizi "telegram"da izləyin