Ermənistan hökuməti 10 noyabr müqaviləsində Azərbaycan-Naxçıvan marşrutu ilə bağlı heç nə olmadığını iddia edir

2021/12/89089-1639730832.jpg
Oxunub: 842     15:27     26 Sentyabr 2022    
10 noyabr 2020-ci il tarixli bəyanatda Azərbaycan- Naxçıvan marşrutu ilə bağlı heç nə yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”a bildirib.

Nazirlik qeyd edir ki, regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması prosesi dayandırılmayıb.

“Ermənistan ərazisində dəmir yolunun tikintisinə hələ başlanmayıb, lakin Azərbaycandan Naxçıvana gedən yol ilə bağlı nəzərinizə çatdırırıq ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndində heç bir aydın yol və ya cığır nəzərdə tutulmur. Söhbət nəqliyyat-iqtisadi əlaqələrin blokadasının açılmasından, eləcə də Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin Ermənistan tərəfindən təhlükəsizliyindən gedir. Məsələ hələ də müzakirə olunur”, - deyə Ermənistan hökuməti bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin