İnsan potensialının inkişafı indeksinə görə Ermənistan 81-ci yerdən 85-ci yerə düşüb

2022/06/emmig-1654153999.jpg
Oxunub: 570     16:47     26 Sentyabr 2022    
İnsan potensialının inkişafı indeksinə görə 2019-cu illə müqayisədə 2021-ci ildə Ermənistan 81-ci mövqedən 85-ci mövqeyə düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən nəşr olunan “İnsan Potensial İnkişafı 2021/2022” hesabatında qeyd olunub.

Qeyd edilir ki, Ermənistanda insan potensialının inkişafı indeksinin dəyəri 2019-cu ildəki 0,778-dən 2021-ci ildə 0,759-a enib. Azalma sağlamlıq və həyat səviyyəsi komponentləri ilə bağlıdır, gözlənilən ömür uzunluğu 3,1 il, adambaşına düşən ümumi milli gəlir isə 5,3% azalıb.

Ümumi milli gəlir baxımından Ermənistan öz qrupuna daxil olan ölkələrin orta göstəricisindən 13,2%, dünya səviyyəsindən isə 21,5% geri qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnsan-potensialının-inkişafı  


Bizi "telegram"da izləyin