Erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2019/12/pasht-3151762346.jpg
Oxunub: 446     13:23     26 Sentyabr 2022    
Azərbaycanla sərhəddə son toqquşmalar zamanı itkin düşən erməni hərbçilərin yaxınları İrəvanda Müdafiə Nazirliyinin (MN) qarşısında aksiya keçirir.

Ordu.az xəbər verir ki, itkin düşən hərbçilərdən birinin atası Serjik Kazaryan jurnalistlərlə söhbət zamanı artıq 13 gündür oğlundan hər hansı xəbərin olmadığını bildirib.

O, oğlu ilə sonuncu dəfə sentyabrın 13-də əlaqə saxladığını qeyd edib.

“Cənab Paşinyan, hansı tədbirləri görürsünüz? Artıq 13 gündür orda yaralılar və ölü hərbçilər var. Siz heç olmasa yaralıları vaxtında ordan çıxarmaq üçün heç nə etməmisiniz. Yoxsa indi onlar xilas edilmişdilər. Söhbət ölü və yaralılarımızın olduğu Yuxarı Şorjdan (Yuxarı Şorca) gedir. Orada heç bir xilasetmə işləri görülmür”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin