“Bayraktar TB2”nin Nigeriyaya ixrac edildiyi bildirilir

2022/09/nijer-1664182893.jpg
Oxunub: 851     15:32     26 Sentyabr 2022    
Nigeriya Ordusunun Türkiyədən “Bayraktar TB2” PUA-ları aldığı iddia edilib.

Ordu.az xəbər verir ki, bu barədə “OvieNews” nəşri yazıb.

Paylaşılan fotolarda “Baykar”ın istehsal müəssisəsində çəkilən görüntülərdə Nigeriya bayrağı olan “Bayraktar TB2” görünür.

Bildirilir ki, bir qrup nigeriyalı pilot 2022-ci ilin may ayından Türkiyədə PUA operatorluğu üzrə təlim keçir.

Təlimləri başa çatan pilotların Nigeriyaya göndərildiyi və çatdırılacaq TB2-lərin Şimal-Qərb, Şimal-Şərq və Şimal Mərkəzdə yerləşdiriləcəyi bildirilib. Bundan əlavə, oktyabr ayında Nigeriyaya 2 yerüstü idarəetmə stansiyası və 6 “Bayraktar TB2”nin gətiriləcəyi iddia edilib.

Xatırladaq ki, “Dearsan” Gəmiqayırma Zavodunda Nigeriya Hərbi Dəniz Qüvvələri üçün tikilmiş dəniz patrul gəmilərinin əsasının qoyulması mərasimi keçirildi. Mərasimdə Hərbi Dəniz Qüvvələri Komandanı Ərcüment Tatlıoğlu, “Dearsan” sədri Əziz Yıldırım və Milli Müdafiə nazirinin müavini Muhsin Dere iştirak edib. Bundan əlavə, Nigeriyanın müdafiə naziri Bəşir Salihi Maqaşi və vitse-admiral Avval Zubairu Qambo da iştirak ediblər.

2021-ci ilin noyabrında Nigeriya Hərbi Dəniz Qüvvələri ilə “Dearsan” arasında 2 ədəd 76 metrlik OPV76 Patrul Gəmisinin tədarükü üçün müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2 gəminin 37 ay ərzində tamamlanması planlaşdırılırdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Bayraktar  


Bizi "telegram"da izləyin