Türkiyə Rusiyanın Ukrayna ərazisində keçirəcəyi referendumun nəticələrini tanımayacaq

2022/09/1664081063.jpg
Oxunub: 409     12:40     26 Sentyabr 2022    
“Biz bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

“Amma həm də beynəlxalq hüququ müdafiə edirik. Bu hadisələri müharibə kimi xarakterizə edən ilk ölkə Türkiyə oldu”, - o vurğulayıb.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımır: “Bunu hər dəfə deyirik. Donbas, Xerson kimi bölgələrin ilhaqı ilə bağlı referendum mövzusunda konkret mövqeyimizi bildirdik, narahatlığımızı ifadə etdik. Referendumun nəticələrini tanımayacağımızı söylədik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin