Mövlud Çavuşoğlu: "Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”

2022/08/62f51-1660231968.jpg
Oxunub: 446     12:15     26 Sentyabr 2022    
“Ukrayna, Suriya, Liviya və Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

O vurğulayıb ki, rəsmi Ankara beynəlxalq aktor olaraq fəal xarici siyasət həyata keçirir. Nazir “Taxıl sazişi”, Rusiya ilə Ukrayna arasnda əsir mübadiləsi kimi məsələri buna nümunə kimi göstərib: “İndi də Rusiya və Ukrayna gübrələrinin dünya bazarına çıxarılmasına çalışırıq”.

M.Çavuşoğlu Türkiyənin geniş coğrafiyada humanitar xarici siyasət yürütdüyünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qafqaz  


Bizi "telegram"da izləyin