İjevskdə məktəbdəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - YENİLƏNİB

2018/12/12104-1545138561.jpg
Oxunub: 1550     17:53     26 Sentyabr 2022    
İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

*****
Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Ölənlərdən 7-sının məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.

Faciə ilə bağlı Udmurtiyada sentybarın 29-a qədər matəm elan olunub.

*****
İjevskdə məktəbdə baş vermiş atışmada 5-i uşaq olmaqla 9 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (İK) məlumat yayıb.

Atışma ilə bağlı istintaqı İK-in Mərkəzi Aparatı aparacaq.

*****
Rusiyanın İjevsk şəhərində orta məktəbdə baş verən silahı atışma nəticəsində 7 nəfər öldürülüb.

Ordu.az xəbər verir ki, ölənlərin dördü böyük, üçü isə uşaqdır.

Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

*****

Rusiya Federasiyasının İjevsk şəhərində orta məktəbdə atışma olub.

Ordu.az xəbər verir ki, hadisə İjevskin 88 saylı orta məktəbində baş verib.

Bildirilib ki, şagirdlər və müəllimlər təcili olaraq binadan təxliyə edilir.

İlkin məlumata görə, məktəbin binasında yaralı var. Hadisə yerinə polis, milli qvardiya və təcili yardım gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Məktəb   Atəş  


Bizi "telegram"da izləyin