Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - YENİLƏNİB

2022/09/1664175412.jpg
Oxunub: 1518     10:49     26 Sentyabr 2022    
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.

Ordu.az "Lenta.ru"-ya istinadən xəbər verir ki, regionun qubernatoru İqor Kobzev məlumatı təsdiqləyib.

O, Telegram kanalında bildirib ki, atışma nəticəsində yaralanan hərbi komissar reanimasiyaya yerləşdirilib, vəziyyəti kritikdir.

O, qubernatora atəş açan şəxsin saxlanıldığını əlavə edib.

*****

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.

Ordu.az Rusiyanın “Mash” Telegram kanalına istinadən xəbər verir ki, hadisə hərbi komissarlıqda baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Ruslan Zinin saxlanılıb.

Onun hərbi komissar Aleksandr Yeliseyevə 6 dəfə atəş açdığı bildirilir.

Hərbi komissarın ağır vəziyyətdə olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Səfərbərlik  


Bizi "telegram"da izləyin