Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 6 hərbi qulluqçu həlak olub

2022/09/1664173164.jpg
Oxunub: 503     10:14     26 Sentyabr 2022    
Pakistanın cənub-qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki zabit və dörd əsgər ölüb.

Ordu.az xəbər verir ki, məlumatı Paksitan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti yayıb.

Bildirilib ki, helikopter Pakistanın Bəlucistan əyalətinin Harnai yaxınlığında uçuş edərkən qəzaya uğrayıb.

Hadisənin səbəbi barədə məlumat yayılmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin