Zelenski İzyumda daha iki kütləvi məzarlığın tapıldığını açıqlayıb

2022/09/6323b-1663305660.jpg
Oxunub: 389     23:15     25 Sentyabr 2022    
Ukraynanın işğal altın qalmış İzyum şəhərində daha iki kütləvi məzarlıq tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.

“Bu gün əlavə məlumat aldım. Daha iki kütləvi məzarlıq tapılıb, yüzlərlə insanın olduğu böyük məzarlıqlar. Söhbət kiçik İzyum şəhərindən gedir, bilirsinizmi? Kiçik şəhərdə daha iki kütləvi məzarlıq var. Bax bu baş verir“, - o qeyd edib.

V.Zelenski Rusiyaya qarşı sanksiyaları ədalətli adlandırıb və təkid edir ki, dünya Putin rejiminə qarşı sanksiyaları davam etdirməlidir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri sentyabrın 11-də işğaldan azad edib. Şəhər aprelin 1-dən Rusiya qüvvələrinin nəzarəti altında idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   İzyum  


Bizi "telegram"da izləyin