ABŞ Şimali Koreyanın raket buraxılışını region üçün təhlükə hesab edir

2022/09/sdfsd-1664126060.jpg
Oxunub: 487     20:35     25 Sentyabr 2022    
ABŞ hakimiyyəti KXDR-in raket buraxmasının region üçün təhlükə yaratdığına inanır və Pxenyanı dialoqa başlamağa çağırır.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

"Birləşmiş Ştatlar KXDR-in ballistik raket buraxmasını pisləyir. Bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və KXDR-in qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır”, - nümayəndə deyib.

Xatırladaq ki, daha əvvəl Yaponiyanın müdafiə naziri Yasukazu Hamada qeyd edib ki, KXDR-in buraxdığı ballistik raket təxminən 400 km uçub, onun uçuşunun maksimal hündürlüyü təxminən 50 km olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şimali-Koreya  


Bizi "telegram"da izləyin