Latviya və ABŞ birgə təlimlər keçirəcək

2022/04/absuk-1650269548.jpg
Oxunub: 450     19:44     25 Sentyabr 2022    
Latviya Milli Silahlı Qüvvələri və ABŞ-ın Avropadakı Xüsusi Əməliyyat Qüvvələri HIMARS yaylım atəşli raket sistemlərinin iştirakı ilə birgə təlimlərdə iştirak edəcək.

Ordu.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin məqsədi hədəflərin aşkarlanması və müəyyən edilməsində iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətini nümayiş etdirməkdir.

ABŞ-ın Avropadakı Xüsusi Əməliyyat Qüvvələrinin MC-130J Commando II təyyarəsi ilə HIMARS sistemlərinin çatdırılması sifariş əsasında keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   ABŞ  


Bizi "telegram"da izləyin