Britaniya və Norveç səfirləri İran XİN-ə çağırılıb

2022/09/1664104637.jpg
Oxunub: 607     15:07     25 Sentyabr 2022    
Böyük Britaniya və Norveçin Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə "Mehr" və "Tasnim" agentlikləri məlumat yayıb.

Söhbət zamanı İran tərəfi diplomata onun dövlətinin fəaliyyəti ilə bağlı kəskin etirazını bildirib və Böyük Britaniyanın İrandakı mövcud vəziyyətlə bağlı mövqeyini “vəziyyətə müdaxilə” kimi qiymətləndirib. Səfir də öz növbəsində İranın diplomatik nümayəndəliyinə dərhal Londona məlumat verəcəyini bildirib.

Norveçin Tehrandakı səfirinin Nazirliyinə çağırılmasına səbəb kimi də Oslonun İranın daxili işlərinə müdaxiləsi göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Norveç  


Bizi "telegram"da izləyin